“SpaceX” kosmosa təkrarən “Falcon 9” buraxdı

İlon Maska məxsus "SpaceX” şirkəti tarixdə ilk dəfə kosmosa təkrarən "Falcon 9” daşıyıcı-raketi buraxıb, digər ekspertlərin fikrincə, bu, kosmosun öyrənilməsində mühüm addımdır.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Falcon 9”-un birinci pilləsi buraxılışdan 9 dəqiqə sonra Atlantik okeanda üzən "Of Course I Still Love You” platformasına enib. O, artıq 11 ay öncə buraxılmışdı.
Missiyanın məqsədi daşıyıcı-raketlərin dəfələrlə istifadə edilməsini təcrübədə sübut etməkdir, bu isə mütəxəssislərin fikrincə, kosmosa uçuşları uculzaşdıracaq.
Raketin əvvəlki buraxılışı fevralın sonunda baş tutub. O zaman "Falcon 9” orbitə pilotsuz "Dragon” modelini buraxmışdı.
Buraxılış texniki nasazlıq ucbatından təxirə salınmışdı, nasazlıq birbaşa startda aradan qaldırılıb.
"Falcon 9”-un yaradılmasında, start və enişə hazırlıq zamanı üç uğursuzluq baş verib.
Sentyabrda iri qəza baş vermişdi. Həmin zaman daşıyıcı-raket Florida ştatında Kanaveral burnunda sınaq buraxılışı zamanı partlamışdı.
Qəza sınağa hazırlıq zamanı, yanacaq doldurularkən baş vermişdi.
www.ann.az
























