Türkiyədə tələbələr qəzaya düşdülər: xeyli yaralı var

Türkiyənin Tokat bölgəsində içərisində tələbələrin olduğu iki mikroavtobus toqquşub.
ANN.Az gazetevatan-a istinadən xəbər verir ki, qəza nəticəsində ikisi sürücü olmaqla 24 nəfər yaralanıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Yaralıların səhhətində həyati təhlükə olmadığı deyilir.
www.ann.az
























