Bu yol gün ərzində 2 dəfə suyun altında qalır - FOTOLAR

Bizimyol.info xəbər verir ki, Passaj dyu Qua adlanan yol sutka ərzində 2 dəfə suyun altında qalır. Yolun su altında qalmasına səbəb körfəzin daşmasıdır. Bu körfəz, Fransanın materik hissəsi ilə Nuarmutye adasını birləşdirir. Körfəzin qalxması nəticəsində su 4 metrəyə qədər qalxır və yol suyun altında qalır.
Su çəkildikdə isə yol hərəkət üçün yalnız bir neçə saat mövcud olur.Yolun hər iki tərəfində daşqının olacağı saat göstərilib. Lakin hər il, bundan xəbərsiz bir çox insan bu tələyə duşür. Bu insanlar üçün xüsusi mayaklar düzəldilib ki, onlar suyun çəkilməsini gözləyə bilsinlər. Lakin bu vəziyyətdə maşınları xilas etmək qeyri-mümkün olur. Həmin fotoları sizə təqdim edirik :

www.ann.az
























