Ankarada yaşayış binasında PARTLAYIŞ

Türkiyənin paytaxtı Ankarada yaşayış binalarından birində partlayış olub.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, şəhərin Qazi Mustafa Kamal bulvarındakı 8 mərtəbəli binanın 4-cü mərtəbəsində səhər saatlarında qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Partlayışdan sonra yaranan yanğın söndürülüb.
www.ann.az
























