Həmin an dünya 9 dəqiqə "titrədi" - FOTO

Şimali Koreya yenidən ballistik raket atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yerli saatla 11.42-də atılan ballistik raketin 11.51-də Yapon dənizinə düşdüyü haqda məlumat yayıb.
ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada onun "KN-15" tipli ballistik raket olduğu deyilib.
Raket ölkənin şərqindəki Sinpo limanından atılıb. Sinpo limanı Şimali Koreyanın əsas dənizaltı bazası olaraq tanınır.
Xatırladaq ki, Şimali Koreya keçən ay da Yapon dənizi sahillərinə ballistik raket atmışdı.
ABŞ prezidenti Donald Tramp ilə çinli həmkarı Xi Jinpingin görüşünə saatlar qalmış Şimali Koreyanın raket olayı "meydan oxuma" kimi dəyərləndirilir.
Xatırladaq ki, sabah Floridada Xi Jinpingi qəbul edəcək ABŞ prezidenti həftə içində etdiyi açıqlamasında Çinin Şimali Koreya rəhbərliyini dayandıra bilməyəcəyi təqdirdə hərəkətə keçəcəklərini qeyd etmişdi: "Əgər Şimali Koreya məsələsini Çin həll edə bilməsə, biz həll edəcəyik".
www.ann.az
























