• $
  • €
  • ₽
  • ₺
  • £

Qərb şokda: xristanlıq ölür, İslam güclənir - HESABAT - FOTO

Qərb şokda: xristanlıq ölür, İslam güclənir - HESABAT - FOTO
29.05.2020 05:31
2060-cı ilədək dünyada müsəlmanların sayı 70 faiz artacaq. Bütün dünya miqyasında müsəlman anaların dünyaya gətirəcəkləri uşaqların sayı yaxın 20 ildə xristian uşaqların sayını dəfələrlə üstələyəcək.

Milli.Az bildirir ki, məşhur və nüfuzlu Pyu Tədqiqat Mərkəzinin (Pew Research Center) yaydığı son hesabatda belə deyilir.

Araşdırmaya görə, İslam hazırda dünyada ən sürətlə artan və güclənən dindir: "Belə davam edərsə, bu əsrin sonlarında İslam dünyanın ən nüfuzlu, ən qüdrətli dininə çevriləcək. Xristianlıq isə gözgörəsi ölməkdədir. Son illər dünyada doğulan uşaqların 33 faizi xristian ailələrin payına düşürdü və bu, müsəlman ailələrlə müqayisədə çox idi. Çünki dünyada uşaq ölümlərinin 37 faizi müsəlman ailələrin payına düşürdü. İndisə situasiya kökündən dəyişməyə başlayıb".

2015-2060-cı illərdə dünyada müsəlmanların sayının 70 faiz, xristianların isə 33 faiz artacağı təxminlənir. Müsəlman ailələrdə doğulan uşaqların sayı yaxın 20 ildə artacaq və xristian ailələrdəki statistikada geriləmə müşahidə olunacaq.

Ümumiyyətlə isə, 2060-cı ilədək dünya miqyasında dini mənsubiyyət baxımından insanların artımı belə olacaq:

1. Müsəlmanlar - 70 faiz
2. Xristianlar - 34 faiz
3. Hinduslar - 27 faiz
4. Yəhudilər - 15 faiz
5. Digər inancların mənsubları - 5 faiz

Hazırda dünya əhalisinin dini mənsubiyyət baxımından bölgüsü isə belədir:

1. Xristianlar - 2,3 milyard nəfər
2. Müsəlmanlar - 1,8 milyard nəfər
3. Digər inanclar - 1,2 milyard nəfər
4. Hinduslar - 1,1 milyard nəfər
5. Buddistlər - 500 milyon nəfər
6. Yəhudilər - 10 milyon nəfər

"Pew Research Center"in tanınmış analitiki, hesabatın müəlliflərindən biri deyib: "Artıq etiraf etmək zamanıdır: xristianlıq aqoniyadadır, can verir və bu canvermə Avropada daha bariz hiss olunur. Avropada və Şimali Amerikanın bəzi regionlarında müsəlman əhalinin sayının sürətlə artmasının səbəblərindən biri də müsəlmanların miqrasiyasıdır. İndi xristianlığın qəlbi, mərkəzi Afrikaya doğru hərəkət edir".

Hazırda müsəlmanların təqribən 62 faizi Asiya-Sakit okean regionunda, xüsusilə də İndoneziya, Hindistan, Pakistan, Banqladeş, İran və Türkiyədə yaşayır.

2050-ci ildə dünyada müsəlman əhalinin sayına görə ən böyük ölkə İndoneziya yox, Hindistan olacaq.

ABŞ-da 3,3 milyon müsəlman yaşayır ki, bu da ölkə əhalisinin təqribən 1 faizidir.

Müsəlmanların sayını artıran başqa amil isə başqa dinlərdən olaraq İslamı qəbul edənlərin sayının fasiləsiz artmasıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol