• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyib

Türkiyə ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləyib
07.04.2017 22:00
Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş ABŞ-ın Suriya rejiminə aid aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, N. Kurtulmuş Türkiyədəki "Fox TV”yə müsahibəsində bu addımı müsbət qiymətləndirdiklərini deyib: "ABŞ tərəfindən oradakı hərbi bazanın, yəni mülki şəxslərə atəş açıldığı, böyük ehtimalla kimyəvi silahlarla dinc sakinlərin bombalandığı o hərbi bazanın vurulması önəmlidir. Bunu müsbət qarşılayırıq. Amma beynəlxalq ictimaiyyət Əsəd rejiminin barbarlığına qarşı mövqeyini çox konkret şəkildə davam etdirməlidir - o vaxta qədər ki, Əsəd artıq xalqına zərər verə bilməyəcək hala gəlsin. Ona görə də, bu faktı müsbət qarşılayırıq, lakin bunun davamının gəlməsin və Əsəd rejiminin tam cəzalandırılmasının əsas şərt olduğunu düşünürük”.  
 
N. Kurtulmuş qeyd edib ki, belə davam edərsə, ABŞ, Rusiya və digər ölkələr toqquşma nöqtəsinə gələ bilər: 

"Bizim lap əvvəldən söylədiyimiz bir məsələ var. Xalqına qarşı barbarlıq edənlərin qarşısı alınmalıdır. Müəyyən bölgələr, məsələn, "Fərat qalxanı” əməliyyatı ilə təmizlədiyimiz ərazi kimi bölgələr təhlükəsiz zona elan olunmalıdır. Suriya probleminin sürətlə həllinə aparıb çıxaracaq amillərdən biri məhz təhlükəsizlik zonasının yaradılmasıdır. Amerikalılar uzun müddət qərarsız qaldı. Bunun bölgəyə heç bir faydası olmadı və ABŞ-ın özünü də çıxılmaz duruma saldı”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol