• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirəcək

Rusiya Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirəcək
07.04.2017 22:20
"Yaxın vaxtlarda Suriya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. "Suriyadakı infrastrukturun daha həssas obyektlərini əhatə etmək üçün yaxın vaxtlarda Suriya hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”, - deyə o, qeyd edib.
 
Rusiya MN-in sözçüsü ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələrinin döyüş effektivliyinin çox aşağı olduğunu söyləyib: "Aprelin 7-də Moskva vaxtı ilə saat 03:42 - 03:56 arasında Aralıq dənizi akvatoriyasındakı Krit adası rayonundan ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi gəmidən Suriyanın Homs əyalətindəki Əş-Şayrat aviabazasına 59 "Tomahawk” qanadlı raketləri ilə zərbə endirilib. Rusiya pilotsuz uçuş aparatlarının məlumatlarına görə, Suriya aviabazasına qədər həmin raketlərdən cəmi 23-ü uça bilib. Zərbələr nəticəsində texniki avadanlıq anbarı, yeməkxana, anqarda olan 6 ədəd "Miq-23” təyyarəsi, eləcə də radiolokasiya stansiyası məhv edilib. Uçuş-enmə zolağı və dayanacaqda olan Suriya hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ziyan görməyib. Suriya aviabazasının komandanlığının məlumatına görə, 2 suriyalı hərbçi itkin düşüb, 4 nəfər həlak olub, 6 nəfər isə yanğını söndürərkən xəsarət alıb”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol