Türkiyədə zavodda partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisənin səbəbləri araşdırılır.
ANN.AZ/ Türkiyənin Osmaniyə şəhərində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"ANN” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə xlor qazının sızması nəticəsində baş verib.
Hadisənin səbəbləri araşdırılır.
www.ann.az
























