ABŞ-dan Rusiyaya ultimatum

ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib.
İstiPress "İnterfax”a istinadən xəbər verir ki, ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır. Tillerson Rusiyanı seçim qarşısında qoyub: "Ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah”. Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər. Bizim fikrimizcə, ikinci, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək” — deyə Tillerson bildirib. Dövlət katibinin sözlərinə görə, Rusiyanın Suriyada kimyəvi tərksilahla bağlı öhdəliyini yerinə yetirə bilməməsi və yaxud qeyri-kompetent davranması hələ aydın deyil: "Amma bu, ölənlər üçün əhəmiyyət kəsb etmir”.
Suriyada kimyəvi hücuma da toxunan dövlət katibi: "Biz bunun təkrar baş verməsinə yol verə bilmərik” - deyib.
www.ann.az
























