• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana göndərilən dərman yoxa çıxıb

Azərbaycana göndərilən  dərman yoxa çıxıb
12.04.2017 21:00
Azərbaycanın "Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb.
 
Şirkətin baş direktoru Surxay Mustafayev APA-ya bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.
 
Avstriyadan Bakıya yola salınan yükün olduğu avtomobil Ukrayna ərazisinə girdikdən sonra sürücü ilə əlaqənin itdiyini bildirən S. Mustafayevin sözlərinə görə, yükü çatdırmağa Ukrayna şirkəti məsul olub: "Yükün çatdırılmasını "Rodnev” şirkəti üzərinə götürüb. Rəsmi müqavilə bağlamışıq. Dərman və digər tibbi ləvazimatlardan ibarət yük Avstriyadan alınıb, Ukraynaya qədər problemsiz gəlib. Ukrayna ərazisində isə sürücü Taras Revayla əlaqə kəsilib. Maşın yoxa çıxdıqdan sonra "Rodnev” şirkəti də bizimlə əlaqəni müəmmalı şəkildə kəsib. Xeyli müddət əlaqə yarada bilmədik, sonradan öyrəndik ki, yük naməlum şəkildə oğurlanıb. Ukraynanın bir sıra rəsmi qurumlarına müraciət etsək də, cavab və nəticə yoxdur”.
 
S. Mustafayev onu da əlavə edib ki, yükün yoxa çıxmasında "Rodnev” şirkətinin əli olduğunu ehtimal edirlər.
 
Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol