Məktəblilər qəzaya düşdü

Bu gün Rusiyada yük qatarı məktəblilərin olduğu mikroavtobusla toqquşub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, hadisə Omsk vilayətinin Novovarşavsk rayonunda tənzimlənməyən keçiddə baş verib.
Mikroavtobusda 10 şagird olub. Qəza nəticəsində sürücü və şagirdləri müşayiət edən şəxs ölüb, bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
























