Yuri Xaçaturov "Putin NATO"sunun baş katibi oldu

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin olunub.
ANN.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu KTMT-nın baş katibi vəzifələrini icra edən Valeri Semerikov bildirib.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin təyinatı haqqında məsələnin müzakirəsi vaxtı Xaçaturov Yuri Qriqoreviçin 2 maydan həmin vəzifəyə təyin edilməsi barədə yekdil qərar qəbul edilib", - V.Semerikov vurğulayıb.
www.ann.az
























