İranda daşqınlar nəticəsində 17 nəfər ölüb

İranın şimal-qərbində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
"Hazırda Əcəbşir rayonunda 14 nəfərin meyiti tapılıb, daha üç nəfərin meyiti Azərşəhr dairəsində sudan çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Sel daşqınları nəticəsində 37 nəfər zərər çəkib” – deyə, məlumatda qeyd olunub.
www.ann.az
APA-nın "RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə hadisənin baş verdiyi Şərqi Azərbaycan Vilayətinin rəhbərliyin açıqlamasında bildirilir.
www.ann.az
























