• $
  • €
  • ₽
  • ₺
  • £

Koreyada nüvə müharibəsi başlayır – İlk vurulacaq 4 HƏDƏF – FOTOLAR

Koreyada nüvə müharibəsi başlayır – İlk vurulacaq 4 HƏDƏF – FOTOLAR
19.04.2017 11:00
İki dövlət arasında müharibə başlayacağı təqdirdə, ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adları açıqlanıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əgər Şimali Koreya rəhbərliyi geri çəkilməzsə və hərbi təhdidləri davam etdirərsə, ABŞ ordusu Şimali Koreyada yerləşən 4 əsas hədəfi vuracaq. Bunlar Şimali Koreyanın Punggye bölgəsində yerləşən nüvə silahlarının sınaq qərargahı, Sinpo liman şəhərindəki sualtı nüvə silahları bazası, Yongbyon şəhərindəki nüvə təsisatı mərkəzi və Tongçang bölgəsindəki raket atəşi qərargahıdır.

BBC-nin Pentaqondakı mənbədən əldə etdiyi məlumata görə, Şimali Koreyanın sözügedən 4 məxfi hərbi bazası ABŞ-ın əsas hədəfləri sırasındadır.

Nüfuzlu ingilis mediası ABŞ-ın həmin obyektləri necə vuracağını da açıqlayıb:

"ABŞ-ın hərbi sualtı və suüstü gəmiləri Yapon dənizindən Şimali Koreyanın nüvə obyektlərini çox rahatlıqla vura biləcək. Hazırda ABŞ-ın nüfuzlu və nəhəng "USS Carl Vinson” təyyarədaşıyan və döyüş gəmiləri çox qısa vaxtda bölgəyə çatmaq imkanına malikdir. Bundan başqa, "Pentaqon” "USS Nimitz” və "USS Ronald Reagan” təyyarədaşıyan döyüş gəmilərini də Koreya yarımadasına göndərib. Hazırda ABŞ ilə Şimali Koreya arasında müharibə riski ən yüksək səviyyədədir. Qarşılıqlı hərbi təhdidlər pik həddə çatıb”.

BBC son vəziyyətlə bağlı Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Song-ryoldan da müsahibə alıb.

Nazir müavini müsahibəsində deyib ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, raket sınaqları davam etdiriləcək:

"Əgər ABŞ bizə qarşı hər hansı hərbi hücuma cəhd edərsə, buna nüvə silahı ilə cavab verəcəyik. Şimali Koreya ordusu uzaq mənzilli "Taepodong 2” raketlərinə malikdir. Bu raketlərlə biz ABŞ, İngiltərə və Türkiyəni çox rahatlıqla bura bilərik”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol