Böyük Britaniyanın baş nazirindən Aİ ilə bağlı açıqlama

Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyünün qorunmasına dair təkrar referendum olmayacaq.
"ANN" BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey bildirib.
"Geriyə yol yoxdur. İndi hökumət "Brexit" ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir", - o deyib.
Qeyd edək ki, 2016-cı ilin yayında, britaniyalı seçicilərin təqribən 52%-i Aİ-dən çıxmağa səs verdikdən az sonra ölkədə ikinci referendumun keçirilməsiylə bağlı kampaniyası başladılıb.
Böyük Britaniyanın Aİ-dən çıxışı ilə bağlı təkrar referemdum üzrə onlayn-petisiya bir neçə milyon imza toplayıb.
www.ann.az
























