• $
  • €
  • ₽
  • ₺
  • £

Batumidəki təbii fəlakət nəticəsində azərbaycanlılara ziyan dəyməyib

Batumidəki təbii fəlakət nəticəsində azərbaycanlılara ziyan dəyməyib
19.04.2017 23:00
Batumi Şəhər Meriyası və digər aidiyyəti qurumlarla mütəmadi olaraq əlaqə saxlayır, vəziyyəti öyrənirik.

REPORT.AZ/ Ötən gün gecə saatlarında Batumidə baş vermiş güclü külək və qasırğa nəticəsində azərbaycanlılara ziyan dəyməsi barədə Baş Konsulluğa heç bir məlumat daxil olmayıb.

Bu barədə "Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki Baş Konsulluğundan bildirilib.

Məlumata görə, Baş Konsulluq Batumi Şəhər Meriyası və digər aidiyyəti qurumlarla mütəmadi olaraq əlaqə saxlayır, vəziyyəti öyrənir: "Bölgədə yaşayan azərbaycanlılarla əlaqədar hər hansı bir xəbər olarsa, məsələyə dərhal reaksiya veriləcək".

Qeyd edək ki, aprelin 18-də günün ikinci yarısından başlayaraq Gürcüstan ərazisində güclü külək əsib, bəzi yerlərdə şiddətli yağış yağıb. Nəticədə Gürcüstanın qərb bölgəsinə ciddi ziyan dəyib. Ən çox ziyan Acarıstan Muxtar Respublikasına, xüsusilə də Qara dənizin sahilində yerləşən Batumiyə dəyib.

Ötən gün gecə saatlarında güclənən külək nəticəsində Batumidəki Fridon Xalvaşi küçəsində bəzi evlərin dam örtüyü uçub, ağaclar kökündən qırılıb, minik avtomobillərinə, infrastruktura ciddi ziyan dəyib. Bəzi ərazilərdə ağacların aşması nəticəsində qaz boruları sıradan çıxıb.

Qara dənizdə baş verən qasırğa nəticəsində Rusiyadan Türkiyəyə taxıl aparan "Qeroi Arsenala” yük gəmisi batıb. Gəmidə olan 12 nəfərdən 7-si itkin düşüb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol