• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda kəndlilər ayağa qalxdı

Ermənistanda kəndlilər ayağa qalxdı
22.04.2017 10:42
Ermənistanda hökm sürən iqtisadi böhran kənd təsərrüfatına da təsirini göstərib. Əyalətlərdə vəziyyət ağırdır. Vayotsdzor sakinləri mövcud vəziyyətə etiraz olaraq hökumət binası qarşısında aksiya keçiriblər.

İstiPress azvision.az-a istinadən xəbər verir ki, etirazçılar hökumətə satdıqları məhsulun pulunu tələb edirlər. Fermerlər iki ilə yaxındır ki, üzüm satışından onlara ödənilməli olan pulu ala bilmirlər. Ölkənin kənd təsərrüfatı naziri ilə görüşmək istəyən sakinlərin şikayətinə heç bir cavab verilmir.

Toplanan üzümü kəndlilərdən "Vinar” müəssisəsi alıb. Şərab istehsalı ilə məşğul olan şirkətin Serj Sarkisyana yaxın adama məxsus olduğu deyilir. İki il ərzində müəssisənin vətəndaşlara 50 milyon dram borcu yaranıb.

Kəndlilər "Vinar” müəssisəsini məhkəməyə də vermək istəyiblər. Lakin məlum olub ki, onlarla alış-veriş müqaviləsi imzalanmayıb. Bu səbəbdən də heç bir təzminatdan söz gedə bilməz. Etirazçılar heç bir nəticəsi olmasa da müddətsiz aksiyaları davam etdirmək qərarına gəliblər. Kəndlilər hökumətin onları çoxdan unutduğunu deyirlər.

Ermənistanda son illər aqrar sektora yönəlmiş xarici investisiyalar on, daxili sərmayələr isə səkkiz dəfə azalıb. Vaxtilə gəlirli sahə hesab olunan üzümçülüyün artıq heç bir perspektivi yoxdur. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol