• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Avropa Şurası ilə münasibətlərinə yenidən baxacaq

Türkiyə Avropa Şurası ilə münasibətlərinə yenidən baxacaq
26.04.2017 23:41
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, M.Çavuşoğlu deyib ki, bu yolla Türkiyəyə cəza verməyə çalışırlarsa, bu, əks effekt verər.

M.Çavuşoğlu Türkiyənin bu günə qədər Avropa Şurası ilə yaxından əməkdaşlıq etdiyini, islahatlar dövründə Avropa Şurasının tövsiyələrini nəzərə aldıqlarını qeyd edib: "Avropa Şurası ilə Türkiyə arasında İşçi Qrupu var, baş katiblə əməkdaşlıq edirik. Avropa Şurası Parlament Assambleyasının bu qərarını qəbul etmirik, bundan sonrakı əməkdaşlığımızı zəiflədən qərardır. Avropa Şurası ilə bəzi məsələlərdə münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər, arzuladığımız bir şey deyil. Təəssüf ki, Avropa ölkələrindəki irqçilik, islamafobiya Avropa qurumlarına da sirayət etdi”.

M.Çavuşoğlu Türkiyə Hərbi Hava Qüvvələrinin bir neçə gün əvvəl İraq və Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin bazalarına hava zərbəsi endirməsinə də toxunub:

"Amerikalı dostlarımıza həm diplomatik, həm də hərbi kanallarla dəfələrlə bu yerlərdə əməliyyat keçirəcəyimizi bildirdik. Türkiyə bu məsələdə şəffaf fəaliyyət göstərir, gizli niyyətimiz yoxdur. Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünə hər kəsdən daha çox önəm verir. Bu yerlərdə terror təşkilatına müdaxilələr də bizim qanuni haqqımızdır, bu yerlərdən Türkiyəyə təhdid gəlir.

Terrorçular Türkiyəyə müxtəlif yollarla gəlir, tunellər qazırlar. Qazdıqları tunellərdən həm terrorçular keçir, həm də tonlarla partlayıcı maddə gətirirlər. Sərhədin o biri tərəfindən bizə terror təhdidi varsa, bizim nə etməyimiz lazımdır? Başqa bir ölkə bu halda nə edər? Mütləq o təhdidi aradan qaldırmaq üçün lazımi tədbirlər görər.

 Dostlarımızdan da gözləntilərimiz bu mübarizədə Türkiyəyə dəstək vermələridir, maneə yaratmalı deyillər.

 Orada YPG-nin manipulyasiyasından təsirlənərək kimsə Türkiyənin bu əməliyyatının qeyri-qanuni olduğunu söyləməsin. Türkiyənin Suriyada apardığı son əməliyyat qanunidir, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət etmişik. Bundan sonra da bu haqqımızdan istifadə edəcəyik”.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında YPG, İraqın şimalında Sincar bölgəsində PKK-nın bazalarını bombalayıb. ABŞ komandirləri növbəti gün YPG terrorçuları ilə birgə bombalanan hərbi bazaya baş çəkib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol