• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı ermənisi: “Köçkünlər Ermənistandan qaçmağa fürsət axtarır”

Bakı ermənisi: “Köçkünlər Ermənistandan qaçmağa fürsət axtarır”
28.04.2017 15:20
Erməni qadın: "Ermənistanı qorxulu yuxu kimi unutmaq istəyirəm”

 "Ermənistanı qorxulu yuxu kimi unutmaq istəyirəm”.

"ANN” xəbər verir ki, bu fikirlər Azərbaycandan Ermənistana köçmüş və adı gizli saxlanılan qadının "Epress” qəzetində dərc olunan məktubunda vurğulanıb.

O, 27 ildir Ermənstada yaşadığını, "Yataqxana” qeyri-kommersiya dövlət müəssisəsinin direktoru Murad Mejlumyan və onun himayədarı Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan tərəfindən müxtəlif təzyiq və təhqirlərə məruz qaldığını yazıb: "2011-ci ildə Mejlumyandan 6 kv metr qeyri-yaşayış yeri istədim, amma vermədi. Həmin ərazini öz sürücüsünə bağışladı. Mənə dedi ki, belə işlər havayı başa gəlmir. İstəklərini təmin etmədiyimdən qaldığım evə gələrək, oradan çıxmağımı tələb etdi. Bildirdi ki, həmin mənzil özəlləşdirilmədiyindən miqrasiya agentliyi məni oradan çıxara bilər. Evi dağıdıb, məni öldürməklə hədələdi”.

Qadın qeyd edib ki, Miqrasiya Xidmətinin Gülnarə adlı əməkdaşı onu şərləyərək, əxlaqsızlıqla məşğul olmağım barədə yalan məlumatlar toplayıb: "Təzyiq və işgəncələrə yalnız mən yox, qohumlarım da məruz qalır. Onlar məndən aylıq pensiyamı rüşvət olaraq, istədilər. Bunu verməyəndə isə məni 3 aylıq 17 min dram (35 dollar) məbləğində müavinətdən məhrum etdilər.

Bakıdan köçmüş Karen adlı qonşumu isə haqqını tələb etdiyi üçün dəlixanya saldılar. Belə hallar çoxdur. Yüzlərlə köçkünün sənədlərini əlindən aldılar ki, adımızdan bəyanat verib, öz mənfur niyyətləri üçün istifadə etsinlər. Ermənistanda köçkünlərin qazanc mənbəyi olması faktdır”.

O vurğulayıb ki, Ermənistan hökuməti Suriyadan olan erməni qaçqınları isə ən yaxşı yerlərdə mənzillə təmin edirlər.

Məktubda yazılıb ki, sahə müvəkkli, polis əməkdaşı Navasardyan isə baş verən bütün cinayətləri gizlətdiyi üçün mükafatlandırılıb və müstəntiq vəzifəsinə təyin olunub: "Azərbaycandan olan yüzlərlə köçkün işgəncə, təzyiq, rüşvətxorluğun qurbanıdır. Ona görə köçkünlər Ermənistandan istənilən yolla qaçmq üçün fürsət axtarırlar.

R.Teryan və A.Apresyan öz haqlarını müdafiə etdikləri üçün Ermənistan hakimiyyətinin qurbanı oldular. Onları 2004-cü ildə Azərbaycana casusluqda ittiham etdilər. Ona görə də onlara "casus” damğası vurulan Ermənistandan qaçmağa məcbur oldular”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol