İlk dəfə evlənən vətəndaşlara dövlət pul verəcək

Türkiyə hökuməti ölkə vətəndaşlarına sosial dəstəyini gücləndirir. İstiPress türk mətbuatına istinadən xəbər verir ki, bu ölkədə ilk dəfə ev alanlara 15 min lirə (təxminən 7 200 manat), ilk dəfə evlənənlərə isə 5 min lirə (təxminən 2 400 manat) dövlət tərəfindən maliyyə yardımı veriləcək. Amma yardım almaq üçün bəzi şərtlər var.
Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır. Hesaba 30 min lirəyə (təxminən 14 300 manat) qədər pul yatırılmasına icazə verilir. Ailə qurarkən dövlətdən pul almaq istəyənlər isə bunu 27 yaşına qədər reallaşdırmalıdırlar.
www.ann.az
























