Metroda dəhşətli hadisə

İstanbul metrosunda faciəli hadisə baş verib.
anews.az xəbər verir ki, "Qayrettepe" stansiyasında 9 yaşlı uşağın ayağı eskalatorun pillələri arasında qalıb.
Hadisə yerinə gələn xilasedicilər eskalatorun bir pilləsini kəsiblər.Təqribən bir saat davam edən xilasetmə əməliyyatı nəticəsində uşaq xilas edilərək xəstəxanaya aparılıb.
www.ann.az
























