Türkiyədə orduya qarşı əməliyyat: 50 zabit tutuldu
28.05.2020 22:08
Türkiyədə terror təşkilatı ilə əlbir olmaqda günahlandırılan 50 hərbçi həbs edilib.
Türkiyə mətbuatı xəbər verir ki, Ədirnə bölgəsində Terrorla Mübarizə Şöbəsi tərəfindən təşkil olunan əməliyyat nəticəsində 14 ünvana basqın edilib. Nəticədə 50 zabit saxlanılıb.