Rusiyada partlayış: Yaralılar var

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub.
Anews.az Trend-ə istinadən xəbər verir ki, qaz sızması nəticəsində çoxmərtəbəli binanın üçüncü blokunda partlayış baş verib.
İlkin ehtimala əsasən, iki nəfər xəsarət alıb.
Hadisə vaxtı girişdə 14 nəfərin olduğu deyilir.
www.anews.az
























