• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə bu tarixdə başlayacaq

Müharibə bu tarixdə başlayacaq
16.05.2017 23:54
2017-ci ilin payızında Donbasda vəziyyət qəti dəyişəcək.
 
 
Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda hərbi ekspert və bloger Aleksey Arestoviç "Apostrof” nəşri üçün yazdığı məqaləsində bildirib.
 
 
Hərbi ekspert hesab edir ki, qarşıdakı seçkilərdə (2017-ci il sentyabrın 10-da Rusiya Dövlət Dumasına, 2018-ci ilin martında isə prezident seçkiləri keçiriləcək - red.) prezident Vladimir Putinin imicini Donbasda vəziyyətin ehtimal olunan gərginləşməsi xilas edə bilər.
 
 
Onun sözlərinə görə, "həmyerlilərin müdafiəsi” adı altında Rusiya qoşunlarının Donbasa daxil edilməsini Rusiya ilə birləşmək üçün keçiriləcək referendum izləyə bilər.
 
 
"Belə ssenariyə Rusiya tərəfindən ciddi baxılır”, - Arestoviç vurğulayıb.
 
 
Hərbi ekspert qeyd edib ki, Ukrayna indiyə qədər Donbası işğal edilmiş ərazi olaraq tanımayıb. Arestoviç bildirir ki, bu, beynəlxalq səviyyədə Rusiyaya təzyiq göstərmək imkanlarını əhəmiyyətli dərəcədə aşağı salır.
 
 
"Həmçinin Minsk razılaşmalarının altında imzasının olmasına baxmayaraq, Putinin hər hansı məsuliyyəti haqqında danışmaq mənasızdır. Nə qədər ki, təcavüzkar münaqişə tərəflərindən birinin zamini olaraq qalır, Minsk razılaşmalarının heç bir nəticəsi olmayacaq. Hazırda Minsk razılaşmaları adi kağıza çevrilib, onu heç kim yerinə yetirmir, amma hamını razı salır”, - Arestoviç yazıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol