Rusiyada yanğında ikisi uşaq olmaqla dörd nəfər öldü

Rusiyanın Xakasiya Respublikasında yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.
Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA "Novosti"-yə respublikanın fövqəladə xidmətində olan mənbə bildirib.
Yanğın Askiz rayonunun Balıksa kəndində ötən axşam baş verib. Yanğın söndürüldükdən sonra dağıntının altından 4 nəfərin meyiti aşkar edilib. Ölənlərdən ikisi uşaqdır.
Hadisənin baş vermə səbəbi araşdırılır.
www.anews.az
























