Türkiyədə rusiyalı turistlərin olduğu mikroavtobus aşıb

Türkiyənin Dənizli əyalətində rusiyalı turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.
Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sabah” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, qəzada 17 nəfər xəsarət alıb. Dənizli əyalətində turistlər arasında populyar olan qədim İerapolis və Pamukkale bulaqları var.
www.anews.az
























