• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda 70 yaşlı həkim parlament sədri seçildi

Ermənistanda 70 yaşlı həkim parlament sədri seçildi
18.05.2017 22:40
Ermənistan parlamentinin yeni sədri respublikaçı, ixtisasca həkim olan Ara Babloyan olacaq.

Anews.az azvision.az-a istinadən xəbər verir ki, qərar hakim Respublika partiyasının Ali orqanının iclası zamanı qəbul edilib. Eyni zamanda "Respublika" partiyasından parlamentin vitse-spikerliyinə iki namizəd irəli sürlüb. Onlar Eduard Şarmazanov və Arpine Hovhannisyandır. Həmçinin parlamentin vitse-spikeri vəzifəsinə müxalif "Çiçəklənən Ermənistan" partiyası da namizədini irəli sürəcək. Artıq, müxalif partiya bu vəzifəyə dünən Mikayel Melkomyanın namizədliyini irəli sürmək qərarına gəlib.

Parlamentin sədri vəzifəsinə isə Bablonyanın irəli sürülməsi həqiqətən gözlənilməz olub. Çünki, onun adı namizədlər sırasında olmayıb. Bundan başqa 1991-1997-ci illərdə səhiyyə naziri olmasına baxmayaraq, Babloyan siyasi fiqur hesab edilmir. 

Babloyanın siyasi fiqur olmaması onun namizədliyinə qəribəliklər gətirir. Bununla yanaşı onun 70 yaşla hazırkı sədr Qalust Sahakyandan bir yaş boyük olduğu da diqqətdən yayınmır. Bu o deməkdir ki, erməni parlament tərkibində heç bir cavanlaşdırma siyasəti tətbiq edilmir. 

Parlamentin yeni rəhbərliyi müvəqqəti xarakter daşıyır və əsas heyət 2018-ci ilin aprel ayında formalaşacaq.

Belə ki, Serj Sarkisyanın hakimiyyət səlahiyyətləri başa çatdıqdan sonra onun baş nazir kimi yenidən öz komandasını formalaşdırması gözlənilir. Ən böyük gözlənti baş nazir vəzifəsinə Karen Karapetyanın yenidən təyin ediləcəyidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol