Türklər Vaşinqtonda erməniləri kötəkləyib

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısında baş verən dava ilə bağlı Dövlət Departamentinə çağırılıb. Bu hadisə Ərdoğanın Vaşinqtona səfəri zamanı baş verib.
Anews.az-ın BBC-ə istinadən verdiyi xəbərə görə, Sərdar Kılıc Dövlət katibinin müavini Tom Şenlə görüşüb.
Səfirliyin binasının yanında baş verən qarşıdurma zamanı 11 nəfər xəsarət alıb. Dava Ərdoğanın səfirliyin binasında olduğu zaman baş verib. İnternetə çıxarılan videodan görünür ki, səfirliyin binası qarşısında etiraz aksiyası düzəldən erməni və kürd millətindən olan şəxsləri əynində kostyum və qalstuk olan Ərdoğanın cangüdənləri döymək məcburiyyətində qalıb.
www.anews.az
























