• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə qarşı 19 ölkə birləşdi - SİYAHI

Türkiyəyə qarşı 19 ölkə birləşdi - SİYAHI
19.05.2017 14:28
PKK terror təşkilatının "azad edilmiş bölgə” adlandırdığı Kato dağında keçirilən əməliyyatda təşkilatın 53 sığınacağında müxtəlif model 648 silah və tonlarla sursat ələ keçirilib.
 
 
Anews.az "Milliyyət” nəşrinə istinadən xəbər verir ki, ələ keçirilən silahlar və sursat İsrail, ABŞ, Fransa və İtaliya da daxil olmaqla 19 ayrı ölkədə istehsal olunub.
 
 
Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar daha əvvəl Rusiya istehsalı olan S18 versiyasından "SA-16” hava hücumunda müdafiə raketinin aşkarlandığını xatırladıb. Həmin raketlər Türkiyə Silahlı qüvvələrinə məxsus "Super Kobra” vertolyotunun vurulmasına istifadə edilib.
 
 
"Üç əsas istiqamət var: Şərq Bloku, Avropa və ABŞ silahları. Mənşəyi bəllidir, amma kimin verdiyi bilinmir. Qərb dünyası PKK-ya verdiyi silahları afişa etdi. PKK-ya silahları keçmişdə kim verdi? Biz bunu çox yaxşı bilirik. Qərb dünyasına etibarımızın olmamasının kökündə PKK-ya verdikləri dəstək dayanır. "Fərat Qalxanı” hərəkatında da gördük: Rusiyanın "Cornet”, Almaniya və Fransanın "Milan” və ABŞ-ın "TOW” silahları”, - o bildirib.
 
 
PKK-nın mağaralarında ələ keçirilən silah və sursatların istehsalçısı olan ölkələrin tam siyahısı isə aşağıdakı kimidir: Rusiya, İngiltərə, Almaniya, ABŞ, İtaliya, Çin, İspaniya, İsrail, Çexiya, Suriya, İraq, Hollandiya, Belçika, İsveçrə, Fransa, Danimarka, Serbiya, İran və Bolqarıstan.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol