• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada erməni iş adamının telekanalı müflisləşib

Rusiyada erməni iş adamının telekanalı müflisləşib
19.05.2017 16:00
Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun "News Media” holdinqinə məxsus "Jizn” qəzetinin və "Life” telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Kommersant” qəzeti yazıb. 
 
Qəzet qeyd edib ki, "Life” telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.
 
"News Media"nın baş direktoru Aram Qabrelyanov "Kommersant"ın telefon zənglərinə cavab verməyib. Rusiya Xəbər Xidmətinə açıqlamasında isə o, Federal Vergi Xidmətinin iddiasını texniki adlandıb. Bildirib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş "Unifin” bankına köçürüb. Bundan başqa, "Life” telekanalının verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya televiziya və radio yayımı şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə isə 3,5 milyon rubl borcu var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol