• $
  • €
  • ₽
  • ₺
  • £

Planet məhv olacaq

Planet məhv olacaq
21.05.2017 16:20
Məşhur Böyük Britaniya astrofiziki Stiven Xokinq Yer kürəsində 100 il sonra qlobal faciənin olacağını proqnozlaşdırır. Astrofizik BBC-yə müsahibəsində deyib ki, bəşəriyyət başqa planetlərə köçməyə məcbur olacaq.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, Almaniyanın "Die Welt” nəşri başqa alimlərin onunla razı olmadığını yazıb.

Xokinqin fikrincə, 4 səbəb qlobal faciənin gətirə bilər: qlobal iqlim dəyişikliyi, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir –red.), böyük asteroid zərbəsi və Yer kürəsinin əhalisinin sürətli artımı. Nəticə olaraq, planetin bəşəriyyət üçün yararsız olacağı güman edilir.

Bununla belə, fizik və astronavt, Münhen Texniki Universitetində aerokosmik texnologiyaları üzrə dərs deyən professor Ulrix Valter Xokinqin bəyantını elmi cəhətdən əsassız hesab edir.

"Xokinqin planetin əhalisinin 100 il ərzində başqa planetlərə köçməyə məcbur olacağı barədə dedikləri fərziyyələrə əsaslanır”, - alman alimi əmindir.
Xüsusi halda, o qeyd edib ki, hətta əgər ən yaxın 100 ildə qlobal istiləşmə ilə vəziyyət ən pessimist proqnoz üzrə gedərsə, temperatur 1,5 dərəcə yüksələcək.

"Tempuratur ilıq olacaq, amma bu, tamamilə bəşəriyyətin məhv olacağı demək deyil”, - alim qeyd edib.
O həmçinin bildirib ki, təbii fəlakətlər qlobal faciəyə çevrilə bilməyəcək. Alim təbii fəlakətlərin həmişə lokal xarakter daşıdığını bildirib. Valter həmçinin asteroidlə toqquşmaya da inanmır:

"Bəşəriyyəti məhv edəcək böyük asteroidlər hər yüz milyon ildən bir Yer kürəsi ilə toqquşur. Beləliklə, asteroidin ən yaxın 100 ildə planetimizlə toqquşması ehtimalı ən aşağıdır”.

Alim Xokinqin pandemiyalar haqqında xəbərdarlığını da kasıb hesab edir. Tibbdə və biomühəndislikdə böyük irəliləyişin müşahidə olunduğunu vurğulayan Valter hesab edir ki, bu gün bir neçə onillik əvvələ nisbətən yoluxucu xəstəliklərin qarşısını almaq daha asandır

Ulrix həmçinin ən yaxın 100 ildə yaradılacaq texnologiyaların ən yaxın planetlərə kütləvi köçə imkan verəcəyinə inanmır.

"Başqa planetlərə yerləşmə istisna edilmir. Amma bunun üçün növbəti 100 ildə nə imkan, nə də ehtiyac var. Çamadanları yığmağa başlamaq hələ tezdir”, - alman alimi yekunlaşdırıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol