• $
  • €
  • ₽
  • ₺
  • £

İyulda müharibə başlaya bilər

İyulda müharibə başlaya bilər
22.05.2017 12:20
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən "The Asahi Shimbun” nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ Koreya Xalq Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda, Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib. Hazırda Şimali Koreyanın xarici ticarətinin dövriyyəsinin 90 faizi Çinin payına düşür.

Bildirilir ki, Pekin Pxenyana təzyiq göstərilməsi üçün 100 gün möhlət verməyi xahiş edib.

Qeyd edək ki, Tramp Çin lideri ilə Vaşinqtonda aprelin 7-də görüşüb. Gözlənildiyi kimi, liderlər 100 günün nəticələrinin G7-nin ("Böyük yeddilik”) iyulda keçiriləcək sammitində müüzakirə edəcəklər.

Ötən həftə isə Koreya Xalq Demokratik Respublikası hakimiyyəti orta mənzilli ballistik raketin müvəffəqiyyətlə sınaqdan keçirildiyini elan edib. Vaşinqton daha əvvəl bəyan edib ki, Pxenyanın nüvə və raket proqramını dayandırmaq üçün hərbi müdaxilə də olmaqla, bütün variantlar masadadır.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol