Dubayda dəhşətli anlar - 7 ölü, 35 yaralı

Bu gün səhər saatlarında Dubayda avtobusun yük maşını ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, Əl-Yalayis küçəsində baş vermiş qəzada 7 nəfər ölüb, daha 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polisin verdiyi ilkin açıqlamaya əsasən, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirərək qarşı yola çıxması göstərilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
www.anews.az
























