KİV “Mançester terrorçusu”nun şəklini yayıb – FOTOLAR

KİV müğənni Ariana Qrandenin konsertində stadionda bomba partladan terrorçu Salman Abedinin şəklini dərc edib.
Anews.az bu barədə Life-a istinadən xəbər verir.
Xatırladaq ki, mayın 22-də Mançesterdə Ariana Qrandenin konsertində partlayış olub. 22 nəfər ölüb, yüzdən çox adam xəsarət alıb. Terror aktına görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
www.anews.az
























