Rusiya Aralıq dənizindən İŞİD-ə qanaqlı raketlərlə aviazərbələr endirib

Rusiya Müdafiə Nazirliyi: Raket buraxılışı haqqında məlumat vaxtlı-vaxtında ABŞ, Türkiyə və İsrail komandanlığına göndərilib.
Rusiyanın Aralıq dənizi akvatoriyasında olan "Admiral Essen" hərbi gəmisindən və "Krasnodar" sualtı qayığından İŞİD terror qruplaşmasının Suriyanın Palmira bölgəsindəki obyektlərinə doğru "Kalibr" tipli dörd qanadlı raket buraxılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bütün raketlər hədəfə tuş gəlib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raket buraxılışı haqqında informasiya vaxtlı-vaxtında ABŞ, Türkiyə və İsrail komandanlığına göndərilib.
www.anews.az
























