Polis təyyarəsi qəzaya uğradı: yaralılar var

Argentina polisinə məxsus təyyarə Buenos-Ayresdə qəzaya uğrayib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, qəza barədə məlumatı polis təsdiqləyib.
Qəza nəticəsində 3 polis xəsarət alıb. Xəsarət alan polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, "Cessna 421" polis təyyarəsi təlim uçuşu keçirimiş. Havaya qalxdıqdan 1 saat sonra ekipaj üzvlərindən biri təyyarənin mühərrikində problem yarandığını bildirib. Pilot dərhal eniş etmək barədə qərar qəbul edib, lakin eniş sərt alınıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
www.anews.az
























