• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın üç ştatı İqlimə dair Paris sazişinə sadiq qaldıqlarını bəyan ediblər

ABŞ-ın üç ştatı İqlimə dair Paris sazişinə sadiq qaldıqlarını bəyan ediblər
02.06.2017 10:30
Kaliforniya, Vaşinqton və Nyu-York ştatlarının qubernatorları prezident Donald Trampın ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına dair qərar verməsinə baxmayaraq, həmin sazişin məqsədlərinə sadiq qaldıqlarını bəyan ediblər.   

Anews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Hill” qəzeti məlumat yayıb. 

"Prezident iqlim dəyişikliyinin əfsanə olduğunu bəyan edib, bu isə dünya alimlərinin fikri ilə ziddiyyət təşkil edir”, - deyə Kaliforniya ştatının qubernatoru Cerri Braun üç ştat rəhbərinin adından verdiyi açıqlamada bildirib.     

"Düşünürəm ki, reallıqla mübarizə Amerika və digərləri üçün yaxşı strategiya deyil. Əgər prezident bu olduqca mühüm təşəbbüsdən uzaqlaşmağa öz-özünə qərar veribsə, onda Kaliforniya və digər ştatlar da özləri çıxış edəcəklər”, - o əlavə edib.

Qubernatorların "ABŞ-ın İqlim Alyansı” adlandırdığı ştatlar koalisiyasının konkret məqsədləri yoxdur. Ştat rəhbərləri yalnız İqlimə dair Paris sazişinin prinsiplərinə əməl edəcəklərini bəyan ediblər.   

Vaşinqtonun qubernatoru Cey İnsli iqlimə görə məsuliyyətin hazırda tam olaraq şəhər və ştatların üzərinə düşdüyünü bəyan edib. Nyu-York ştatının qubernatoru Endryu Kuomo isə Tramp administrasiyasını "liderlikdən imtina etməkdə və digər ölkələrlə müqayisədə arxa cərgəyə keçməkdə” ittiham edib.      

2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır.

Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol