İmam Xomeyinin mavzoleyinə silahlı hücum: Ölən və yaralananlar var – VİDEO

İranda İmam Xomeyinin mavzoleyinə hücum zamanı ölən və yaralananlarla bağlı məlumatlar yayılmağa başlayıb.
Anews.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, silahlı basqın zamanı 1 nəfərin öldüyü, daha 5 nəfərin isə yaralandığı bildirilir.
İranın İribnews saytının məlumatına görə, İmam Xomeyinin mavzoleyinə hücum edən şəxslərdən iki nəfər həbs olunub. Bir nəfər isə özünü partladıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Anews.az maide.az saytına istinadən xəbər verir ki, parlamentə hücum edən şəxslər və mühafizəçilər arasında atışma davam edir.
www.anews.az
























