Britaniyanın hakim partiyası parlament əksəriyyətindən məhrum olunub

Böyük Britaniyanın Baş naziri Tereza Meyin sədri olduğu Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olunub.
Trend xəbər verir ki, ilkin məlumata əsasən, hakim partiya İcmalar Palatasında 308 yer, leyboristlər 258, liberal demokratlar 12, şotland milliyyətçiləri 34, digər partiyalar isə 21 mandat əldə ediblər.
Bununla belə, ötən gün parlament seçkilərinin keçirildiyi ölkədə hələ 17 seçki məntəqəsində seəsvermənin nəticələri hesablanmayıb.
Britaniya parlamentinin İcmalar Palatasında cəmi 650 yer var. Parlament əksəriyyəti üçün partiyaya 326 mandat qazanmaq lazımdır. Bundan əvvəl mühafizəkarlar 330 yerə sahib idi.
www.anews.az
























