ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

Ona Dünya Neft Şurasının ən böyük "Dewhurst Ödülü” mükafatı təqdim ediləcək.
ABŞ-ın dövlət katibi Reks Tillerson iyulun 9-13-da keçiriləcək 22-ci Dünya Neft Konqresinə qatılmaq məqsədi ilə Türkiyəyə səfər edəcək.
"Report” "Haber7"yə istinadən xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində keçirilir.
Konqresdə 50-dən çox ölkənin neft və energetika nazirləri iştirak edirlər.
Ona Dünya Neft Şurasının ən böyük "Dewhurst Ödülü” mükafatı təqdim ediləcək. O, bu mükafata layiq görülən 10-cu şəxsdir.
Qeyd edək ki, bu konqresdə Azərbaycanın SOCAR şirkəti ilə yanaşı, "Shell”, BP, "ExxonMobil”, "Chevron”, "Total”, "Saudi Aramco” da iştirak edəcək.
www.anews.az
























