Kamçatkada 4 bal gücündə zəlzələ olub

Sakit okeanda, Kamçatka sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 125 kilometr cənub-şərqdə, ocağı isə 70 kilometr darinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.
www.anews.az
























