• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva bir günlük müharibə ssenarisini xatırlatdı

Moskva bir günlük müharibə ssenarisini xatırlatdı
12.06.2017 17:12
Rusiya öz sərhədlərinə yaxın NATO hərbi kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı ölçü götürəcək.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Ancey Dudanın bəyanatını şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.

"Biz dəfələrlə bildirmişik ki, NATO bloku tərəfindən müdafiə bəhanəsi ilə Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi kontingentin gücləndirilməsi planlarını sakit qarşılamayacağıq. Əlbəttə ki, cavab ölçüləri götürüləcək", - Şvıtkin bildirib.

Parlament üzvü təəssüfünü ifadə etdi ki, Polşa lideri öz ölkəsini mümkün münaqişə halında hədəfə çevirəcək bəyanatlar verir.
Ancey Dudanın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın iyulun 6-da Polşaya səfəri zamanı ölkəsində Amerika hərbiçilərin sayının artırılması məsələsini müzakirə etməyə hazırlaşır.

Daha əvvəl "Atlantic Council” Amerika analitik mərkəzinin ekspertləri belə qənaətə gəliblər ki, Rusiya Polşanı bir gecə ərzində tuta bilər.
"Moskva hətta hazırda NATO ilə birbaşa toqquşmada maraqlı olmasa belə, hər şey bir gecə ərzində dəyişə və qısa müddətə reallaşdırıla bilər. Xüsusən, müvafiq planlar və bunun üçün lazım olan resurslar çoxdan hazırlanıb”, - 2016-cı ildə hazırlanan sənəddə deyilirdi.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, Krımın zəbt edilməsi ilə Rusiya prezidenti Vladimir Putin hamını necə fakt qarşısında qoya biləcəyini əyani şəkildə sübut etdi. Analitik hesabatda etiraf edilir ki, Rusiyanın müdaxiləsinin dəqiq vaxtını qabaqcadan xəbər verə bilmirlər. Amma əmin edirlər ki, bu, mütləq baş verəcək. Bundan başqa sənəddə bildirilir ki, Rusiya nadir hallarda öz həqiqi niyyətlərini gizlədir.

"Atlantic Council” NATO-nu bütün ssenarilərə hazır olmağa və maksimum, həm də münasib hədəflərə sərt cavab zərbəsi vurmağa çağırıb. Ekspertlərin fikrincə, Moskva metrosu, Sankt-Peterburq elektrik şəbəkəsi və Rusiyanın RT dövlət telekanalı hədəflərin siyahısına daxil olmalıdır.
Mərkəzin analitiklərinin fikrincə, Polşa Rusiyaya anlamağa imkan verməlidir ki, hərbi əməliyyatlar başlanacağı halda xüsusi təyinatlı bölmələri Kalininqrad vilayətinə göndərəcək və raket batareyaları kimi strateji əhəmiyyətli hədəfləri məhv edəcək.

"NATO gücləri Polşada işğalçıları saxlamalı və onlara maksimal ziyan vurmalı olacaqlar. NATO gücləri Polşada əlavə qüvvələrinin gəlməsi üçün vaxt udmaq məqsədilə polyaklarla bərabər səviyyədə vuruşmalı olacaqlar. Hərbi ittifaqın regiondakı kontingenti açıq-aydın kifayət etmir”, - hesabatda qeyd olunub.
Hərbi strateqlər proqnozlaşdırırlar ki, ruslar Polşanı tutmaq üçün Latviya və Litvanın arasından keçməli olacaq.
Almaniyanın "Die Welt” nəşri bu yaxınlarda Baltikyanı regionda Rusiya və NATO-nun mümkün hərbi qarşıdurmasında ittifaqın şanslarını qiymətləndirib. Nəşr Şimali Atlantika İttifaqının praktik olaraq şanslarının olmayacağını yazıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol