Türkiyə DİN-də anti-FETÖ əməliyyatı keçirilib, 42 nəfər həbs edilib

Onlar "ByLock” proqramı istifadəçiləridir.
Türkiyə Daxili İşlər Nazirliyində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 42 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
"Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda Ankara prokurorluğu məlumat yayıb.
Barələrində həbs qətimkan tədbiri seçilənlərin hamısı "ByLock” proqramı istifadəçiləridir.
Bu əlaqə proqarmından FETÖ-çular bir-biri ilə əlaqə saxlamaq üçün istifadə edirmiş.
www.anews.az
























