Türkiyədə ildırım vurması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti göndərilib.
Türkiyənin Ərzincan bölgəsində tarlaya ildırımın düşməsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
"Report” "Haber7"yə istinadən xəbər verir ki, yaralananlardan ikisi uşaqdır.
İnformasiyaya əsasən, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti göndərilib.
www.anews.az
























