• $
  • €
  • ₽
  • ₺
  • £

Müasir Sinqapurun qurucusunun oğlu ölkəni tərk etməyə hazırlaşır

Müasir Sinqapurun qurucusunun oğlu ölkəni tərk etməyə hazırlaşır
14.06.2017 23:00
Baş nazir: "Onların uğursuz ittihamlarından dərin kədər hissi keçirdim”.

Müasir Sinqapur dövlətinin qurucusu Li Kuan Yunun kiçik oğlu Li Syan Yan ailəsi ilə birlikdə ölkəni tərk etməyə hazırlaşır.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun xanımı yerli qəzetlərdən birinə açıqlamasında bildirib.

O, yerli jurnalistlərə ölkənin tərk etməyə hazırlaşdıqlarını söyləyib.

Məlumata görə, Li Syan Yanın həyat yoldaşı hara və nə vaxt getmək niyyətində olduqlarını deməyib. Li Syan Yan Sinqapur Mülki Aviasiya İdaərinsə başçılıq edir. Onun "Facebook”da böyük bacısı ilə paylaşdığı ortaq məktubu aşkar edilib. Həmin məktubda onların ölkəni tərk etmək qərarlarının səbəbi yazılıb. Bacısı vurğulayıb ki, Li Syan Yan diqqətlə izlənildiyini hiss edir: "O, həyat yoldaşı və özünə qarşı dövlət orqanlarının fəaliyyətindən ehtiyat edir. Buna görə də yaxın gələcəkdə ölkəni tərk edəcəyini yazıb".

Bacı-qardaş böyük qardaşları, Sinqapurun baş naziri Li Syan Luna münasibtədə etibar etmədiklərini bildiriblər: "2015-ci ilin martın 23-də baş nazir Li Kuan Yu öləndən sonra ölkədə baş verən dəyişikliklər, mərhum atamızın istəklərini özündə əks etdirmir”.

Hökumət başçısı bacı və qardaşının ittihamlarından təəssüfləndiyini vurğulayıb: "Onların uğursuz ittihamlarından dərin kədər hissi keçirdim”.

Qeyd edək ki, Li Kuan Yu 1959-1990-cı illərdə Sinqapurun baş naziri olub. Sonrakı illərdə hökumətdə müxtəlif yüksək vəzifələrdə işləyib.

Li Syan Lun isə 2004-cü il avqustun 12-dən hökumətə başçılıq edir. O, 1952-ci il fevralın 10-da anadan olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol