• $
  • €
  • ₽
  • ₺
  • £

Putin lokal münaqişədə nüvə düyməsini basacaq

Putin lokal münaqişədə nüvə düyməsini basacaq
15.06.2017 14:13
"Qərbi Avropa taktik nüvə silahının arsenalını azaldanda, Rusiya onun müasirləşməsi ilə məşğul olurdu”.

Publika.az xəbər verir ki, bu haqda İsveş Müdafiə Tədqiqatları İnstitutunun məruzəsinə istinadən "Dagens Nyheter” nəşri yazıb.

"Bu, onu göstərə bilər ki, Moskva lokal nüvə müharibəsində qələbəyə böyük şansların olduğuna özünü inandırıb. Gələcəkdə nüvə silahı Avropanın təhlükəsizlik siyasətində daha əhəmiyyətli rol oynamağa başlayacaq. Qərbi Avropa arsenalındakı bu silahı azaldanda, Rusiya isə yeni taktik nüvə silahları yaradır və müasirləşdirirdi. Prezident Putin, həmçinin başqa Rusiya məmurları Qərbi dəfələrlə nüvə silahının tətbiqi ilə hədələyiblər. 2014-cü ildə Krımın zəbtindən sonra Putin bildirdi ki, əks-təsir halında nüvə güclərini döyüş hazırlığı vəziyyətinə çıxarmağa hazır idi. Rusiya ona inandırmağa çalışır ki, məhdudlaşdırılmış nüvə müharibəsində qələbə qazanmaq olar”, - məruzənin müəlliflərindən biri olan Niklas Qranxolm qeyd edib.

Məruzəyə görə, çoxları Qərbi Avropada nüvə silahını "köhnəlmiş” hesab edirdilər: "Hətta 1990-cı illərdə bəziləri nüvə silahını silah arsenalından çıxarmaqdan danışırdılar. Sovet İttifaqının dağılmasından sonra Rusiya da həmçinin nüvə döyüş başlıqlarının miqdarını azaltdı. Ancaq Rusiyada bir az əvvəl nüvə silahı yenidən əsas rollardan birini oynamağa başladı. Həm kiçik, həm də orta hərəkət radiuslu sistemlərdən söhbət gedir. Rusiya taktik nüvə silahını müasirləşdirir və bəzi köhnə sistemlər yeniləri ilə əvəz edilib. 2012-ci ildən döyüş növbəsində olan taktik döyüş başlıqlarının miqdarı 30 faiz artıb”.

Qeyd edilir ki, son illər Rusiya nüvə hücumunun simulyasiyası ilə adi silahın tətbiqiylə təlimlər keçirir.

"Rəsmi bəyanatlarla təlimlərdən məcmu halda aydın olur ki, taktik nüvə silahı Rusiyanın real nüvə doktrinası çərçivəsində döyüş rolunu oynayır. Belə ritorika göstərir ki, Putin hökuməti yalnız nüvə silahı ilə hədələmir, həm də real münaqişədə onu tətbiq edə bilər. Bundan başqa, ABŞ-ın "soyuq müharibə” dövrü ilə müqayisədə Avropadakı taktik nüvə silahının miqdarını 90 faiz azaltması buna imkan yaradır. Böyük Britaniya silahın bu tipinə heç malik deyil”, - məruzədə bildirilir.

İdarənin sənədində həmçinin qeyd edilir ki, İsveçdə nüvə zərbəsindən əhalinin müdafiəsi üzrə plan yoxdur, çünki 1990-cı illərdə ümumi müdafiə sistemi faktiki olaraq sökülüb.

"Vəziyyət kifayət qədər qeyri-stabildir. İsveç müqavimət qabiliyyətini artırmalıdır. Əks halda o açıq münaqişə vaxtı nüvə şantajı və ya nüvə hücumu üçün cəlbedici hədəf olmaq təhlükəsi qarşısındadır”, - Niklas Qranxolm yekunlaşdırıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol