Londonda insident: Ölən və yaralananlar var – FOTO + VİDEO

Londonda miniven tipli avtomobil piyadaları vurub, ölən və xəsarət alanlar var.
Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.
Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
"Sky News” telekanalının hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb.
www.anews.az
























