Qaçqınları daşıyan gəmi batdı, 126 nəfər öldü

Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi batıb.
Anews.az report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Flavio Di Cakomo "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, miqrantları daşıyan gəminin batması haqda məlumat əldə ediblər.
İnformasiyaya əsasən, gəmini insan alveri ilə məşğul olan cinayətkar qrup qaçırıb. Daha sonra gəmi batıb.
www.anews.az
























