• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-dən Rusiya sanksiyası - Krım blokadası davam edir

Aİ-dən Rusiya sanksiyası - Krım blokadası davam edir
20.06.2017 14:18
Aİ Şurasının Krım və Sevastopolun işğalı ilə bağlı Rusiyaya dair sanksiyaların müddətinin bir il artırılması haqqında 19 iyun tarixli qərarı Avropa İttifaqının rəsmi jurnalında dərc edilib. 

"Cari qərar Avropa İttifaqının Rəsmi jurnalında dərc edildikdən bir gün sonra qüvvəyə minir”, - hüquqi aktda qeyd edilir. 

Sanksiyaların bu kateqoriyasına Krım və Sevastopoldan Aİ-yə qida məhsullarının idxalı, Krım və Sevastopola investisiyaların yatırılması, Krım və Sevastopola turizm fəaliyyəti ilə əlaqədar xidmətlərin göstərilməsi: Krım və Sevastopola nəqliyyat, telekommunikasiya və energetika sektorlarına, eləcə də, neft-qaz və dağ sahələri üçün  bir sıra əmtəə mallarının və texnologiyaların ixracına dair qadağalar daxildir. 

"Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksəkvəzifəli nümayəndəsinin Avropa ittifaqı adından 2017-ci il 17 mart tarixli bəyanatında göstərildiyi kimi, Aİ Krım və Sevastopolun Rusiya tərəfindən qanunsuz zəbt edilməsini pisləməyə davam edir və bu ərazini tanımamaq üzrə siyasəti tamamən realizə etməkdə qərarlıdır”, - Aİ Şurasının kommünikesində bildirilib. 

Məlumata görə, bu ərəfədə Avropa Krım sanksiyalarının müddətini bir il uzadıb. Bu qərarı Lüksemburqda Aİ üzv ölkələrinin XİN rəhbərləri qəbul edib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol